İranın ədliyyə sisteminə bağlı "Mizan" xəbər agentliyi iyunun 25-də məlumat yayıb ki, İsrailə casusluqda təqsirləndirilən üç nəfər edam olunub. Bu şəxslər "Mossad" ilə əməkdaşlıqda və sui-qəsddə istifadə olunan avadanlıqları qaçaqmalçılıq yolu ilə ölkəyə keçirməkdə günahlandırılıblar.
İran İsraillə 12 günlük müharibədə əvvəl də bir çox şəxsi oxşar ittihamla edam edib.
Son günlərdə "Amnesty International" da daxil olmaqla bir sıra insan haqları təşkilatları bu üç nəfərin edam olunma ehtimalı ilə bağlı xəbərdarlıq etmiş və İsrailin hücumlarının dayandırılmasından sonra İranda edamların sayının artmacağından narahatlıq ifadə etmişdilər.
Bununla da İranda son iki həftə ərzində "casusluq" və "İsraillə işbirliyi" ittihamı ilə edam olunanların sayı altıya çatıb. Bu şəxslərdən üçü 12 günlük İran-İsrail müharibəsi zamanı edam edilib.
İran mediası müharibə zamanı oxşar ittihamlarla çox sayda vətəndaşın həbs edildiyini yazıb.